RU

UNEC Qarabağ Dirçəliş Fonduna 200 min manat ianə edib

UNEC
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) işğaldan azad edilmiş ərazilərin bərpasına dəstək göstərmək məqsədilə Qarabağ Dirçəliş Fonduna 200 min manat məbləğində ianə edib. 1news.az xəbər verir ki, bu nəcib addım UNEC-in Qarabağın dirçəlişinə sarsılmaz inamının, eləcə də milli həmrəyliyə, sosial məsuliyyətə və vətənpərvərlik dəyərlərinə sadiqliyinin bariz göstəricisidir. Universitetin təşəbbüsü dövlət və cəmiyyət birliyinin möhkəm təməl üzərində dayandığını bir daha təsdiqləyir.
Qeyd edək ki, UNEC Qarabağ Dirçəliş Fonduna ilk dəfə dəstək göstərmir. 2021-ci ildə universitet Fonda 50 min manat məbləğində vəsait köçürərək Qarabağın bərpası prosesinə öz töhfəsini verib. Bu dəfəki ianə isə UNEC-in həmin istiqamətdə ardıcıl və davamlı fəaliyyətini nümayiş etdirir. Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev, göstərilən bu dəyərli dəstəyə görə universitetin rektoru Ədalət Muradova “İanə Sertifikatı” təqdim edib və onun rəhbərliyi altında kollektivin Qarabağın yenidən qurulması prosesinə verdiyi töhfəni yüksək dəyərləndirib.

Qarabağın bərpası və inkişafı naminə göstərilən bu diqqətə görə universitetin rektoru, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü professor Ədalət Muradov və UNEC kollektivinə dərin təşəkkürümüzü bildiririk.

Избранный
22
1news.az

1Источники