Bakı. Trend:
“S&P Global Ratings” agentliyi bildirir ki, AzərbaycanBiznesinin İnkişafı Fondunun (Azerbaijan Business Development Fund,ABDF) problemli kreditlərinin (gecikmiş və dəyərini itirmişkreditlər) payı yaxın 24 ay ərzində 2 faizdən aşağı səviyyədəqalacaq.
Bu barədə Trendagentliyə istinadən xəbər verir.
2025-ci il yanvarın 1-də Sahibkarlığın İnkişafı Fondu(Entrepreneurship Development Fund, EDF) və Azərbaycan İnvestisiyaŞirkəti (Azerbaijan Investment Company, AIC) birləşərək,İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən AzərbaycanBiznesinin İnkişafı Fondunu (ABDF) yaradıb. Hazırda hər iki qurumunəməliyyat inteqrasiyası prosesi davam edir.
“Sahibkarlığın İnkişafı Fondu 2024-cü ilin sonunda 2016–2020-ciillər ərzində lisenziyaları ləğv edilmiş maliyyə qurumlarınaverilmiş, tam ehtiyatla təmin edilmiş problemli kreditləri üzrə 192milyon manatlıq borcu silib. Bunun nəticəsində 2025-ci ilinortalarınadək belə kreditlərin həcmi ümumi portfelin 1,4 faiziolmaqla 9,7 milyon manata düşüb. Müqayisə üçün, 2023-cü ilinsonunda bu göstərici 24 faiz təşkil edirdi. Bu nəticə Azərbaycanınbank sektoruna dair mövcud proqnozumuzdan xeyli yaxşıdır, çünkihəmin sektorda problemli kreditlərinin payı 5–6 faiz səviyyəsindəqiymətləndirilir. Son beş il ərzində EDF tərəfindən verilmişkreditlər nisbətən yüksək keyfiyyət nümayiş etdirib və gecikmişöhdəliklərin sayı minimum olub. 2024-cü ilin sonuna mümkün itkilərüçün yaradılmış ehtiyatlar ümumi portfelin 3 faizini təşkil edib vəproblemli kreditləri ikiqat örtüb”, - “S&P”nin son hesabatındaqeyd olunur.
Sənəddə bildirilir ki, EDF-nin kredit riskləri sahibkarlaradeyil, maliyyə institutlarına aiddir.
“Maliyyə institutlarının EDF-yə qarşı hüquqi tələbi irəli sürməksəlahiyyəti yoxdur. Əgər Fond kiçik və orta sahibkarlığa verilmişkrediti saxtakarlıq kimi tanıyarsa, həmin krediti təqdim etmiş bank10 gün ərzində borc məbləğini fonda qaytarmalıdır. 2025-ci ilinortalarına olan məlumata görə, EDF-nin ümumi kredit portfelinintəxminən 62 faizi beş ən iri banka məxsus idi; qalan bank və kredittəşkilatlarının payı isə hər biri üzrə 5 faizdən çox deyildi.Ümumilikdə sahibkarlara kreditlərin əsas hissəsi kənd təsərrüfatıistehsalı və emalı sahəsinə (portfelin təxminən 50 faizi), eləcə dəistehsal sektoruna (təxminən 40 faiz) yönəlib”, - S&Panalitikləri qeyd edir.