RU

Tramp: Rusiya-Ukrayna müharibəsinin həllində irəliləyiş əldə etmişik  

Biz Rusiya ilə Ukrayna arasında müharibəyə son qoymağa çalışırıq.

AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp Ağ evdə Mərkəzi Asiya ölkələrinin liderləri ilə görüşdə deyib. “Biz hələ buna nail olmamışıq, amma düşünürəm ki, ciddi irəliləyiş əldə etmişik”, - deyə Tramp əlavə edib.

Tramp sanksiyalar nəticəsində Rusiyadan ixracatın böyük həcmdə azaldığını deyib. “Biz müharibənin bitməsini görmək istərdik. Bu qədər insan öldürülür. Çoxlu rus əsgəri öldürülür. Düşünürük ki, onlar ağıllı olacaq və bunu edəcəklər”, - deyə ABŞ Prezidenti bildirib.

Избранный
7
2
azerbaijan-news.az

3Источники