RU

Bu gün Ər-Riyadda VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi keçiriləcək

BAKI, 7 noyabr. TELEQRAF

Bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi keçiriləcək.

Teleqraf xəbər verir ki, "Al Janadryah"da baş tutacaq tədbir Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Turnirdə 57 ölkədən olan 3000-dən çox idmançı 23 növ üzrə medallar uğrunda mübarizə aparır. Azərbaycan yarışda 20 idman növü üzrə 174 idmançı ilə təmsil olunur.

Qeyd edək ki, İslamiadanın bağlanış mərasimi noyabrın 21-də olacaq.

Избранный
12
5
teleqraf.com

8Источники