RU

Almaniyada dəhşət: tibb işçisi onu narahat etməsinlər deyə xəstələri öldürüb

Almaniyada tibb qardaşı xəstələri öldürdüyünə görə ömürlük həbs cəzası aldı

Almaniyada 44 yaşlı tibb işçisi gecə növbəsində onu narahat etməmələri üçün xəstələri öldürdüyünə görə ömürlük həbs cəzasına məhkum edilib.

Olaylar.az xəbər verir ki, o, 10 nəfərin qətlində və 27 qətl cəhdində təqsirli bilinib. Müttəhim ölkənin bir klinikasında palyativ şöbədə çalışıb.

İstintaq materiallarında qeyd olunur ki, tibb qardaşı gecə növbələrində "sakitlik istədiyi" üçün daha çox diqqət tələb edən xəstələrə icazəsiz şəkildə güclü dərman preparatları verib. Nəticədə xəstələrin həyatı təhlükə altına düşüb və bir çoxu ölüb.

O, bütün ittihamları rədd etsə də, istintaq oxşar xarakterli başqa cinayətlərin də törədilmiş ola biləcəyini istisna etmir. Hazırda həmin hallarla bağlı əlavə araşdırma aparılır.   (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
8
1
olaylar.az

2Источники