Yazını böyüt
Yazını kiçilt
Bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi keçiriləcək.
Hafta.az xəbər verir ki, tədbir Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Azərbaycanı yarışda 20 idman növündə 179 idmançı təmsil edəcək. Ümumilikdə isə 57 ölkə 23 növdə medallar uğrunda mübarizə aparır.
Oyunların bağlanış mərasimi noyabrın 21-də baş tutacaq.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı ikinci dəfə İslamiadaya ev sahibliyi edir. Oyunlar ilk dəfə 2005-ci ildə Məkkə şəhərində təşkil olunub.