RU

Premyer Liqa: “İmişli” və “Sumqayıt” səfər sınağında

Azərbaycan Premyer Liqasında XI tura bu gün start veriləcək.

Msport.az xəbər verir ki, “Zəfər turu”nun açılış oyununda “Şamaxı” “İmişli”ni qəbul edəcək.

Qarşılaşma saat 13:44-də start götürəcək. Meydan sahibləri 10 xalla doqquzuncu, qonaqlar 12 xalla səkkizinci pillədə qərarlaşıb.

Günün ikinci matçında “Qəbələ” “Sumqayıt”la üz-üzə gələcək. Bu görüş saat 16:44-də başlayacaq. “Qırmızı-qaralar” beş xalla onuncu, “gənclik şəhəri” təmsilçisi 17 xalla beşincidir.

 

Premyer Liqa

XI tur

7 noyabr (cümə)

 

13:44. “Şamaxı” – “İmişli”

Hakimlər: Rauf Cabarov, Teymur Teymurov, Tərlan Talıbzadə, Vüqar Həsənli.

VAR: Rəvan Həmzəzadə.

AVAR: Cəmil Quliyev.

Hakim-inspektor: Vüsal Əliyev.

AFFA nümayəndəsi: Seymur Səlimli.

Şamaxı şəhər stadionu

 

16:44. “Qəbələ” – “Sumqayıt”

Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Eyyub İbrahimov, Kamranbəy Rəhimov.

VAR: Cavid Cəlilov.

AVAR: Kamran Bayramov.

Hakim-inspektor: Feyzulla Feyzullayev.

AFFA nümayəndəsi: Elçin Mehtiyev.

Qəbələ şəhər stadionu

 

Qeyd edək ki, tura noyabrın 9-da yekun vurulacaq.

Избранный
11
10
msport.az

10Источники