Bakı. Trend:
Niderlandın ING bank qrupu “Brent” markalı neft və “Dutch TTF”təbii qaz markalı təbii qaz qiymətləri üzrə 2028-ci ilə qədər olandövrü əhatə edən yenilənmiş proqnozlarını dərc edib.
Trend bu barədəbank qrupuna istinadən xəbər verir.
Analitiklərin hesablamalarına görə, 2025-ci ildə “Brent” markalıneftin ortaillik qiyməti bir barel üçün 62 ABŞ dolları, “Dutch TTF”qazının isə qiyməti bir meqavatt-saat üçün 35 avro təşkil edəcək.2026-cı ildə “Brent” neftinin və “Dutch TTF” təbii qazınınortaillik qiymətləri müvafiq olaraq bir barel üçün 56,5 dollar vəbir meqavatt-saat üçün 31 avro səviyyəsinə çatacaq. 2027-ci ildə“Brent” markalı neftin ortaillik qiyməti təxminən 62 dollarsəviyyəsində qalacaq, Dutch TTF-in qiyməti isə təxminən birmeqavatt-saat üçün 26 avroya qədər azalacaq.
Xüsusilə, 2025-ci ilin dördüncü rübündə “Brent” markalı neftinqiymətinin bir barel üçün 62 dollar səviyyəsində olacağıproqnozlaşdırılır. “Dutch TTF” üçün isə həmin dövrdə qiymətlərinbir meqavatt-saat üçün 35 avro səviyyəsində olacağı gözlənilir.