RU

İspaniyanın sabiq kralı qardaşını öldürdüyünü etiraf edib

İspaniyanın sabiq kralı Xuan Karlos I öz doğma qardaşını öldürdüyünü etiraf edib.

BAKU.WS xəbər verir ki, bu barədə "Daily Mail" nəşri onun xatirələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, faciə 1956-cı ildə baş verib və o, zaman keçmiş monarx cəmi 18 yaşında olub. Xuan Karlos və qardaşı Alfonso bir tapança tapıblar. Onlar silahın boş olduğunu düşünərək onunla oynamağa başlayıblar.

"Havaya atəş səsi eşidildi, amma güllə rikoşet edib birbaşa qardaşımın alın nahiyəsinə dəydi. O, atamın qucağında can verdi", – deyə materialda qeyd olunur.

Məlumata görə, Alfonso hadisə zamanı 14 yaşında olub. Bu faciədən sonra Xuan Karlosun atası, Barselona qrafı Xuan de Burbonla münasibətləri tamamilə pozulub. Sabiq kralın həyatı həmin hadisədən sonra "hadisədən əvvəl" və "hadisədən sonra" olmaqla iki dövrə bölünüb.

Избранный
5
1
far.az

2Источники