RU

Xanımı Vahid Əliyevin vəfat səbəbini açıqladı: Sözə baxmadı

Qaynarinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Həkimin dediyi məsləhətlərə əməl etmədi, onların dediklərinin əksini etdi".

Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Vahid Əliyevin həyat yoldaşı Tamella Əliyeva aktyorun ölüm səbəblərindən danışarkən deyib. 

Onun sözlərinə görə, Vahid Əliyevin ölümünə səbəb xərçəng olub:

"Baxanda yaxşı görünürdü, adamın ağlına gəlməzdi ki, öləcək. Deməli yaxşı deyilmiş, proses gizlin gedirmiş, metastaz vermişdi. Ağ ciyərlərində xərçəng yaranmışdı. Dəfələrlə müalicə olundu, həkim dedi ki, sənə siqaret olmaz, Vahid də sözə baxmadı, çəkdi. Siqareti tərgitmədi".

Tamella Əliyeva Vahid Əliyevin qəfil öldüyünü bildirib:

"Səhər yeməyini yedi, ordan-burdan danışdıq. İynəsini vurdum yatdı, sonra da ayılmadı. Mənə onsuz çox çətin olacaq".

Qeyd edək ki, Əməkdar artist Vahid Əliyev noyabrın 6-da dünyasını dəyişib.

Bahar Rüstəmli

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
25
8
qaynarinfo.az

9Источники