RU

BMT Suriya Prezidentinə qoyulan sanksiyaları ləğv etdi

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası, ABŞ tərəfindən hazırlanmış, Suriya Prezidenti Əhməd əl-Şaraa və daxili işlər naziri Ənəs Xəttaba qarşı tətbiq edilən sanksiyaların ləğvini nəzərdə tutan qətnaməni qəbul edib.

"Cebheinfo.az" xəbər verir ki, ABŞ-nin Suriya Prezidenti Əhməd əl-Şaraanın 10 noyabr bazar ertəsi Ağ Evə edəcəyi səfər ərəfəsində Təhlükəsizlik Şurasına təqdim etdiyi, Əhməd əl-Şaraa və daxili işlər naziri Ənəs Xəttaba qarşı sanksiyaların qaldırılmasını tələb edən qərar layihəsi qəbul olunub.

Qərara BMT Təhlükəsizlik Şurasının 14 üzvü “bəli” deyib, Çin isə bitərəf qalıb.Qərardan sonra çıxış edən ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının üzvlərinə təşəkkür edərək bildirib ki, bu qərarın qəbulu ilə BMT Təhlükəsizlik Şurası Suriyanın yeni bir dövrə qədəm qoyduğunu qəbul edən vacib siyasi mesaj göndərir:

“Suriya Prezidenti Əhməd əl-Şaraanın rəhbərliyi altında, 2024-cü ilin dekabrında Bəşər Əsəd rejiminin devrilməsindən sonra ölkə terrorizm və narkotiklərlə mübarizə, kimyəvi silah qalıqlarının aradan qaldırılması, regional təhlükəsizlik və sabitliyin təşviqi istiqamətində ciddi şəkildə çalışır”.

“Associated Press”-in dünən yayımladığı xəbərdə qeyd olunurdu ki, Şaraanın Ağ Evə səfərindən öncə ABŞ, BMT Təhlükəsizlik Şurasında Şaraa və daxili işlər naziri Ənəs Xəttaba qarşı sanksiyaların qaldırılmasını nəzərdə tutan qərar layihəsi üzərində işləyirdi.

Qərar layihəsinin BMT Təhlükəsizlik Şurasında qəbul olunması üçün 15 üzvdən ən azı 9-nun lehinə səs verməsi və daimi 5 üzvdən (Çin, Rusiya, Böyük Britaniya, Fransa və ABŞ) heç birinin veto qoymaması tələb olunur.

Избранный
51
cebheinfo.az

1Источники