RU

Səudiyyə Ərəbistanında İslamiadanın açılış mərasimi olacaq

Bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi keçiriləcək.
 
Moderator.az xəbər verir ki, tədbir Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
 
Turnirdə 57 ölkədən 3 000-dən çox idmançı 23 idman növündə medallar uğrunda mübarizə aparır.
 
Azərbaycan yarışda 20 idman növündə 174 idmançı ilə təmsil olunur.
 
Qeyd edək ki, VI İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi noyabrın 21-də olacaq.
Избранный
11
3
moderator.az

8Источники