RU

Rusiya ordusuna qoşulan lənkəranlı Şahmar əsir düşdü

Rusiya-Ukrayna müharibəsində Ukrayna tərəfinə əsir düşən azərbaycanlının görüntüləri yayılıb.

7News.Az qafqazinfo-ya istinadla xəbər verir ki, sosial mediada yayılan videoda Lənkəran sakini olduğunu bildirən Orazjanzadə Şahmar Aqoyli oğlu müharibəyə Rusiya ordusu tərəfindən qatıldığını deyib.

Əslən Boladi kəndindən olduğunu bildirən 1993-cü il təvəllüdlü şəxs Rusiyada cinayət törətdiyini və həbsdə olarkən orduya qoşulduğunu, orada təlimlərə cəlb edildiyini, daha sonra isə müharibə bölgəsinə aparıldığını bildirib.

Şahmar adlı şəxs öz istəyi ilə Ukrayna tərəfinə əsir düşdüyünü deyib. O, pul qazanmaq üçün müharibəyə qatıldığını, lakin digər şəxslərə bunu nümunə götürməməyi məsləhət görüb.

Qeyd edək ki, müharibədə əsir düşən həmyerlimizin daha əvvəl Azərbaycanda da cinayət törətdiyi iddia edilib.
 

Избранный
13
15
7news.az

10Источники