RU

“Çıraq” platformasından indiyə qədər hasil edilmiş neft və qazın həcmi açıqlanıb

Bakı, 7 noyabr, AZƏRTAC

Cari ildə “Çıraq” platformasında ümumi hasilat təqribən gündə orta hesabla 21 min barel təşkil edib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu yataqlar blokundan istismara verildiyi tarixdən cari il noyabrın 1-dək 106,8 milyon ton neft və 24,7 milyard kubmetr qaz hasil edilib.

Xatırladaq ki, Azərbaycan neft sənayesinin simvollarından sayılan “Çıraq” platformasından ilk neft hasilatına başlanılmasından 28 il ötür. “Çıraq”, “Azəri-Çıraq-Günəşli”dən ilk neft hasil edən platformadır.

 

Избранный
27
5
azertag.az

6Источники