RU

Flik qəti qərarını açıqladı: "Barselona"dan ayrılır?

“Barselona”nın baş məşqçisi Hansi Flik mövsümün sonunda klubdan ayrılacağı ilə bağlı yayılan şayiələrə münasibət bildirib.

Publika.az xəbər verir ki, almaniyalı mütəxəssis bu məlumatları təkzib edib və Kataloniya klubuna olan sevgisindən danışıb.

“Mən bu klubu çox sevirəm, futbolçularımı sevirəm, onu əhatə edən hər şeyi sevirəm. “Barselonada” çox xoşbəxtəm”, – deyə Flik bildirib.

60 yaşlı məşqçi 2024-cü il mayın 29-da “Barselona”nın sükanı arxasına keçib. Onun müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Ötən mövsümdə Flik komandaya La Liqa, İspaniya Kuboku və Superkubokunu qazandırıb, həmçinin Çempionlar Liqasının yarımfinalına yüksəlib.

Избранный
26
publika.az

1Источники