Özbəkistan, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə imzalanmış müqavilə çərçivəsində Ustyurt bölgəsinin investisiya bloklarında neft ehtiyatları aşkarlanacağı təqdirdə yeni neft emalı zavodunun (NEZ) tikintisini həyata keçirməyi planlaşdırır.Bu barədə “Report”a eksklüziv müsahibəsində Özbəkistan energetika naziri Jurabek Mirzamahmudov bildirib.“Mütəxəssislər, ilk növbədə isə SOCAR mütəxəssisləri, neftlə bağlı yaxşı göstəricilər proqnozlaşdırırlar. Proqnozlar təsdiqlənərsə, biz paralel olaraq neft emalı zavodunun (NEZ) tikintisi üzrə işlərə başlayacağıq”, – nazir qeyd edib.O, əlavə edib ki, SOCAR ilə 2025-ci ilin yayında Ustyurt bölgəsində geoloji kəşfiyyat və sonrakı hasilat ilə bağlı imzalanmış Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) həyata keçirilməsi üçün artıq operator yaradılıb.“Bu, daha əvvəl əsasən qaz hasil edilən bölgədə ən perspektivli istiqamətlərdən biridir. SOCAR bütün mövcud materialları araşdırdıqdan sonra neft ehtiyatlarının kəşfiyyatına maraq göstərib. İmzalanmış HPBS çərçivəsində artıq operator yaradılıb. Hazırda operator müqavilə üzrə bütün zəruri danışıqlara başlayıb”, – nazir bildirib.O qeyd edib ki, layihə çərçivəsində seysmik işlərə cari ilin sonuna qədər başlamaq planlaşdırılır:“Qarşımızda iddialı bir vəzifə dayanır – işlərin başlanmasını sürətləndirmək. Artıq cari ilin sonuna qədər 3 000 paqon kilometrdən çox həcmdə seysmik kəşfiyyat işlərinin həyata keçirilməsinə başlamaq nəzərdə tutulur. Bu işlərin nəticələrinə əsasən ilk quyunu qazmağı planlaşdırırıq”.J.Mirzamahmudov əlavə edib ki, HPBS çərçivəsində ilk üç il üçün seysmik kəşfiyyat, qazma və ilkin nəticələrin əldə edilməsi planlaşdırılıb: “İlk hasilatı əldə etmək üçün lazımi infrastrukturun tikintisi nəzərə alınmaqla üç ildən beş ilə qədər vaxt tələb olunacaq”.“Bu sahələrdə birbaşa qazma işləri aparılmayıb, lakin qonşu ərazilərdə həyata keçirilib. SOCAR bizim təqdim etdiyimiz tarixi məlumatları öyrəndikdən sonra layihədə iştirak etmək qərarına gəlib. Texnologiyalar əhəmiyyətli dərəcədə irəliləyib. Əgər ötən əsrin 70-ci illərdə Ustyurt regionunda böyük kəşflər gözlənilmirdisə, indi müasir interpretasiya metodları yüksək potensial göstərib. Bu, digər analitik şirkətlərin də tədqiqat nəticələri ilə təsdiqlənir”, – o vurğulayıb.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта


