RU

Dilin söz bazası olmayandan sonra heç bir iş görmək mümkün olmayacaq" -Nadir Məmmədli

"Orfoqrafiya və orfoepiya lüğəti lazımdır. İstəmirəm öz mətbəximi günahlandırım, ancaq bütün bu hadisələr məndən qabaq olub. Bir millətin lüğəti ola bilərmi ki, səksən iki min söz olsun? Axı bu, gülüncdür".

Redaktor.az xəbər verir ki, bu fikirləri AMEA dilçilik İnstitutunun direktoru Nadir Məmmədli “Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi” mövzusunda konfransda deyib.

"Yəni belə çıxır ki, bizim dilimizin söz bazası bundan ibarətdir. Bəs niyə indiyə qədər bizim dilimizin söz bunkeri yaradılmayıb? Nə üçün bizim dil korpusu yaradılmayıb? Bu işlə mən məşğulam. Dörd ildə səksən ilin gördüyü işi görmüşəm. Dil korpusu olmayandan sonra, dilin söz bazası olmayandan sonra heç bir iş görmək mümkün olmayacaq.

Çuvaş kimi balaca bir xalqın dil korpusu var. Bayaq Kamran müəllim çox maraqlı bir fikir dedi ki, cənab Prezidentin sözünə əgər diqqətlə yanaşsaq, o, sərhəd qoymur. Demir ki, əcnəbi söz, xarici söz işlətməyin. Hətta belə bir ifadə işlədir ki, beynəlxalq leksikondan istifadə eləmək. Bu nə deməkdir? Necə ola bilər ki, dövlətlər bir-biri ilə inteqrasiya edir, dillər bir-biri ilə inteqrasiya etmir?".

Aytəkin TOFİQQIZI

Избранный
64
redaktor.az

1Источники