RU

Qiymətlər artacaqsa, deməli elektromobillərə maraq da azalacaq İqtisadçı

ain.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Elektromobillər ƏDV-yə cəlb ediləcək. 2025-ci ilin ilk 10 ayı ərzində ölkəyə 1700 elektromobil idxal edilib. Bu, çox azdır. Çünki 2024-cü ildə bu, 3027 ədəd olub. Bu onu göstərir ki, cəmiyyətin elektromobillərə marağı azalır. ƏDV-nin tətbiqi yerli elektrik avtomobil istehsalına bu və ya digər formada təsir edəcək”. 

Bunu 525.az-a iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, ƏDV tədbiqi sözügedən avtomobillərin qiymətini 18 faiz artıracaq. Qiymətlər 18-20 faiz artacaqsa, deməli elektromobillərə maraq da azalacaq:

“Bir çox AB ölkələrində elektromobil alanlar nəinki vergilərdən azad edilir, həm də dövlət onlara dəyərin bir qismini ödəyir ki, maraq artsın. Düşünürəm ki, bizdə də bu məsələyə diqqət yetirilməlidir”.

Sevinc QARAYEVA

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
37
525.az

1Источники