RU

Metropoliten rəsmisi vaqon parkının tam yenilənəcəyi tarixi açıqlayıb

Hazırda vaqon parkının 50 faizi yenilənib, Yəni, artıq xətdə olan iki qatarın biri yeni qatardır.

Olaylar.az Trend-ə istindən xəbər verir ki, bunu bu gün "Nərimanov" elektrik deposunda 3 yeni qatarın xəttə verilməsi tədbiri çərçivəsində Depolar üzrə İş Departamentinin baş mühəndisi Aydın Bəkirov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bu gün 3 qatar, ilin sonuna qədər isə daha 3 qatar xətdə buraxılacaq.

"Bununla da vaqon parkının tam 50 faizi yeni qatarlar olacaq".

A. Bəkirov əlavə edib ki, 2040-cı ilə qədər Bakı Metropoliteninin vaqon parkı tam yenilənəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
48
olaylar.az

1Источники