RU

ABŞ-da şatdaun səbəbindən 700-ə yaxın aviareys ləğv edilib

Bakı, 7 noyabr, AZƏRTAC

Federal hökumətin fəaliyyətinin dayandırılması (şatdaun) fonunda noyabrın 7-də ABŞ-ın əsas hava limanlarında 700-ə yaxın reys ləğv edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb. Telekanalın aviadaşıyıcılara istinadla verdiyi məlumata görə, “American Airlines” 220, “United Airlines” 188, “Delta Airlines” 170, “Southwest Airlines” isə 100-ə yaxın reysi ləğv edəcək. Bundan əvvəl Tramp administrasiyası hökumətin fəaliyyətinin dayandırılması səbəbindən noyabrın 7-dən etibarən bir neçə böyük hava limanında hava hərəkətinə məhdudiyyətlər tətbiq etmək niyyətində olduğunu açıqlamışdı.

Xatırladaq ki, şatdaun artıq 37-ci günə daxil olub. Maliyyə çatışmazlığı səbəbindən oktyabrın 1-də ABŞ federal hökumətinin qismən bağlanması başlayıb. Bu, konqresdəki respublikaçılar və demokratların səhiyyə sahəsi də daxil olmaqla, bir neçə xərc maddəsi üzrə razılığa gələ bilməməsi səbəbindən baş verib. Onlar bir-birini şatdauna təhrik etməkdə və onu siyasi məqsədlər üçün uzatmaqda ittiham edirlər.

 

Избранный
6
azertag.az

1Источники