RU

Türkiyə COP31-ə ev sahibliyi etməyə namizəd oldu - FOTO

Türkiyə COP31 İqlim Konfransına ev sahibliyi etmək iddiasını rəsmən bəyan edib.
 
Moderator.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz açıqlayıb.
 
Türkiyə rəsmisi Braziliyanın Belem şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 30-cu sessiyasında (COP30) çıxışı zamanı deyib.
 
Yılmaz bildirib ki, Türkiyə iqlim gündəmini qlobal miqyasda gücləndirmək öhdəliyini nümayiş etdirmək üçün COP31-ə ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb. O, ölkəsinin iqlim dəyişikliyi ilə mübarizədə cənub və şimal arasında körpü rolunu oynamağa hazır olduğunu da bildirib.
Избранный
38
moderator.az

1Источники