RU

“Mediada xarici sözlərin yersiz işlədilməsi ədəbi dilin normalarını pozur”

“Prezident İlham Əliyevin Azərbaycan dilinin təmizliyi və saflığının, ədəbi dilin qorunub saxlanması ilə bağlı səsləndirdiyi dəyərli fikirlər, habelə 10 il əvvəl qaldırdığı bu məsələyə yenidən diqqət çəkməsi dövlət rəhbərliyinin bu sahəyə nə qədər həssas və məsuliyyətli yanaşdığını göstərir. Bu, son illərdə görülən bütün işlərə baxmayaraq, vəziyyətin hələ də tam olaraq qənaətbəxş olmadığını deməyə əsas verir”.

Publika.az xəbər verir ki, bu fikirləri Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Media ilə iş sektorunun müdiri Kamran Həsənov “Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi” mövzusunda keçirilən konfransda səsləndirib.

O qeyd edib ki, son illərdə ədəbi dilin qorunması istiqamətində mühüm addımlar atılıb:

“Bu müddət ərzində Azərbaycanda qanunvericilik bazası təkmilləşdirilib. 2002-ci ildə “Dövlət dili haqqında” Qanun qəbul olunub və bununla dilin saflığının qorunması, xarici təsirlərdən mühafizəsi üçün hüquqi çərçivə yaradılıb. Dövlət proqramları və tədbirlər planları çərçivəsində Azərbaycan dilinin düzgün istifadəsinə nəzarət və təşviqlə bağlı müxtəlif qərarlar qəbul olunub. Məktəb və universitetlərdə Azərbaycan dilinin ədəbi normalarının öyrədilməsinə xüsusi diqqət yetirilir”.

K.Həsənov bildirib ki, Azərbaycan dilinin beynəlxalq müstəvidə təbliği yüksək səviyyədə dəstəklənir, lakin qloballaşma və texnoloji inkişaf bu sahədə yeni çağırışlar yaradır:

Избранный
21
15
publika.az

10Источники