RU

Kibertəhlükələrdən necə qoruna bilərik? - AÇIQLAMA

Kibertəhlükəsizliklə mübarizə aparmaq üçün fərdlər və cəmiyyət ilk növbədə rəqəmsal savadlılıq və şüur səviyyəsini yüksəltməlidir. Bu mübarizədə atılmalı olan əsas addım, fərdlərin kiberməsafəni qoruması, yəni şübhəli keçidlərə daxil olmamaq və naməlum mənbələrdən fayl yükləməmək vərdişini formalaşdırmasıdır.Bu barədə İKT üzrə ekspert Elvin Abbasov Missiya.Az-a danışıb."Cəmiyyət miqyasında bu, təhsil proqramlarına kibertəhlükəsizlik dərslərinin inteqrasiyası, kütləvi maarifləndirmə kampaniyalarının təşkili və kibertəhdidlərin vaxtında bildirilməsi üçün effektiv mexanizmlərin yaradılması deməkdir. Təhlükəsizlik mədəniyyətini gücləndirməklə cəmiyyət, cinayətkarların ən zəif hədəfi olan insan faktorunu (Human Factor) möhkəmləndirir, beləliklə potensial zərərlərin qarşısı alınır".Ekspertin sözlərinə görə, onlayn alış-veriş və elektron əməliyyatlar zamanı kart məlumatlarımızı, şəxsi hesablarımızı və məxfi informasiyalarımızı qorumağın ən etibarlı yolları texnoloji və davranış tədbirlərinin kombinasiyasından ibarətdir."Mütləq şəkildə İki Faktorlu İdentifikasiyanı (2FA) bütün şəxsi hesablarda aktivləşdirmək lazımdır ki, şifrə oğurlansa belə giriş qadağan edilsin. Həmçinin, əməliyyat aparılan saytın etibarlı ("https://") olduğuna əmin olmaq vacibdir. Maliyyə məlumatlarının qorunması üçün əsas kart əvəzinə xüsusi virtual kartlardan və ya limitli debet kartlarından istifadə edilməlidir. Nəhayət, sistemin bütün məlum zəifliklərini aradan qaldırmaq üçün əməliyyat sistemləri və proqram təminatlarının mütəmadi yenilənməsi və etibarlı Antivirus proqramlarından istifadə edilməsi təhlükəsizliyin əsasını təşkil edir",-Elvin Abbasov əlavə edib.

İlahə QənbərliMissiya.Az

Избранный
21
1
missiya.az

2Источники