Bu həftə futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün ilk Azərbaycan derbisi baş tutacaq.
Arena.az xəbər verir ki, Premyer Liqanın 2025/2026-cı illər mövsümünün 11-ci turu çərçivəsində “Qarabağ” “Neftçi”ni qəbul edəcək.
“Zəfər turu” çərçivəsində noyabrın 9-da “Azərsun Arena”da keçiriləcək bu qarşılaşmaya saat 18:44-də start veriləcək.
Peşəkar Futbol Liqası Azərbaycan derbilərində məhsuldarlıqla bağlı statistikaları açıqlayıb:
Ən məhsuldar oyunlar – 6 qol (08.11.2020. “Neftçi” – “Qarabağ” – 0:6, 02.05.2023. “Neftçi” – “Qarabağ” – 2:4);
“Qarabağ”ın ev oyunlarındakı ən yüksək məhsuldarlıq – 5 qol (25.04.2015 – 3:2, 21.05.2022 – 4:1, 04.05.2024 – 5:0);
Qolsuz oyunlar – 15 dəfə;
Qolsuz oyunlar – “Neftçi”nin meydanında 10, “Qarabağ”ın meydanında 5 dəfə;
Hər iki komandanın qol vurduğu oyun sayı – 45;
Hər iki komandanın qol vurduğu oyunlar – “Neftçi”nin meydanı 21, “Qarabağ”ın meydanı 22, neytral meydanda 2 dəfə.

