RU

Deputat: Bələdiyyələr subvensiya alamaq üçün müraciət etməyiblər

BAKI, 7 noyabr. TELEQRAF

"Azərbaycandakı bələdiyyələr subvensiya alamaq üçün müraciət etməyiblər".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamran Bayramov parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin bu gün keçirilən birgə iclasında deyib.

Onun sözlərinə görə, 2026-cı ilin büdcəsindən bələdiyyələrə vəsait ayrılmamasının səbəbi budur: “Yəni, Maliyyə Nazirliyinin heç bir günahı yoxdur.

Bələdiyyələrin müraciət etməməsinin də səbəbləri var. Bələdiyyələr adətən hansısa tikinti, quruculuq aparacaqsa, subvensiya almaq üçün müraciət edirlər. Nə isə tikmək üçünsə torpaq, o torpağın mülkiyyət sənədləri, müvafiq xəritələr olmalıdır. Bələdiyyələr bu sənədlərə və xəritələrə sahib deyillər. Ona görə düşünürəm ki, növbəti büdcə layihəsində İqtisadiyyat Nazirliyinə bunun üçün verilən maliyyə artırılmalıdır.

Bu il subvensiya ayrılmadığına görə, bələdiyyələrə növbəti illərdə ayrılacaq subvensiyanın həcmi daha çox ola bilər”.

Избранный
35
teleqraf.com

1Источники