RU

Nazir: ÜDM artdığına görə büdcə gəlirləri artır

Gələn il dövlət büdcəsinin 57%-i, icmal büdcənin isə 63%-i qeyri-neft hesabına ödəniləcək.
APA xəbər verir ki, bunu Milli Məclisdə Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında "Azərbaycan Respublikadının 2026-cı ilin dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev deyib.

"Bu gəlirləri müxtəlif istiqamətlərə yönləndirilərək, vergiləri artırmaqla bağlayırlar. Bu düzgün yanaşma deyil. Çünki bu artımın birinci mənbəyi qeyri-neft ÜDM-nin artımı ilə bağlıdır. Gələn il qeyri-neft ÜDM nominalı rəqəm olaraq 10%, real rəqəm olaraq 5% artır. Vergi isə nominal rəqəmlərdən tutulur. Yəni ÜDM artığına görə büdcə gəlirləri artır.

Bu tipli məsələlərin müzakirəsində verginin ÜDM-də payına baxılmalıdır. Cari gözlənilən qeyri-neft vergilərin qeyri-neft ÜDM-nə nisbəti 12.9%-dirsə, gələn il üçün bu rəqəm 13.1%-dir", - deyə nazir bildirib.
Избранный
11
4
sherg.az

5Источники