RU

Minlərlə insanın toxuduğu Qarabağ “Çələbi” xalçası Şuşa Xalça muzeyinə təhvil verilib  

Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsini simvolizə edən “Qarabağ ilmələrdə” sosial layihəsi çərçivəsində toxunan Qarabağ “Çələbi” xalçası Zəfərimizin 5-ci ildönümü ərəfəsində Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialına təhvil verilib.

Muzeydən AZƏRTAC-a bildirilib ki, “Qarabağ ilmələrdə” layihəsi Vətən müharibəsində qazanılan qələbədə hər bir Azərbaycanlının zəhmətini, birlik və bərabərliyini simvolizə edir.

Qeyd edək ki, Şuşada muzeyin eksponatı olaraq ziyarətçilərə təqdim ediləcək xalçanın dəzgahı xüsusi avtomobillə 44 gün ərzində ölkəmizin müxtəlif bölgələrinə daşınaraq minlərlə insanın iştirakı ilə ilmə-ilmə toxunub. İlk ilmələri müharibə iştirakçıları tərəfindən atılan xalçaya 44 gün sonra sonuncu ilmələr Şuşada vurulub. Üzərində zəfərimizin nişanəsi olan Xarı bülbülün əks olunduğu xalçanın kəsimi şəhid ailələrinin iştirakı ilə həyata keçirilib.

Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin təşəbbüsü, “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı, Mədəniyyət Nazirliyi və “Azərxalça” ASC-nin dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində paralel olaraq “Qarabağ ilmələrdə” sənədli filmi hazırlanıb və xalçanın toxunması prosesi əvvəldən axıra filmdə əks olunub.

Qeyd edək ki, layihə çərçivəsində toxunan Qarabağ “Çələbi” xalçası həm də Şuşa işğaldan azad olunduqdan sonra burada toxunan ilk Qarabağ xalçası olub.

Избранный
5
6
azerbaijan-news.az

7Источники