RU

Sırski Ukrayna ordusunun vəsaiti hesabına atasını müalicə etdirib - KİV

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski böyük maliyyə qalmaqalının mərkəzinə düşüb. Kiyevdə məlum olub ki, Sırski atası Stanislav Prokofyeviçin Rusiyada müalicəsi üçün ölkənin hərbi büdcəsinin vəsaitindən istifadə edib.

Herbiand.az bildirir ki, bu barədə SHOT yazıb.

Mənbələrin məlumatına görə, atasının müalicə olunduğu klinikalarda hesablar 2,5 milyon qrivnanı keçib. Məlum olub ki, Aleksandr Sırski Ukrayna Silahlı Qüvvələri üçün nəzərdə tutulan vəsaitin bir hissəsini ağır xəstə olan atasının müalicəsi və reabilitasiyasına yönəldib. Bununla belə, o, bundan əvvəl Ukrayna ordusunun zəif təmin olunmasından şikayətlənmişdi.

Bildirilir ki, Kiyev Sırskinin bu maliyyə manipulyasiyalarına görə mümkün istefası ilə bağlı artıq müzakirələrə başlayıb. Üstəlik, Ukrayna Silahlı Qüvvələrinin Pokrovskda düşdüyü çətin vəziyyət baş komandanın mövqeyinə ciddi zərbə vurub. Rus qoşunları orda Ukrayna bölmələrini mühasirəyə alıb və ciddi zərbə vururlar.

Noyabrın 5-də Stanislav Sırskinin Moskva vilayətindəki klinikalardan birindən evə buraxıldığı və gizli şəkildə Vladimir vilayətinə evinə aparıldığı xəbəri yayılıb. Nəqliyyat xərclərini də Ukrayna Silahlı Qüvvələrinin baş komandanı öz üzərinə götürüb.

Qeyd edək ki, hələ 2025-ci ilin iyulunda Sırski müalicə üçün Rusiyada oaln valideynlərinə bir milyon rubl göndərmişdi.

Bəxtiyar CƏFƏRLİ

Избранный
54
herbiand.az

1Источники