RU

Biləsuvarda yol polisi piyadalarla maarifləndirici söhbətlər aparıb

Biləsuvarda yol-nəqliyyat hadisələrinin sayını azaltmaq və hərəkət intizamını möhkəmləndirmək məqsədilə profilaktik tədbir keçirilib.

Doğru.az xəbər verir ki, Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən “Piyadalar, diqqətli olun!” adlı aksiya təşkil olunub.

Tədbir zamanı piyadalarla maarifləndirici söhbətlər aparılıb, onlara diqqətli və məsuliyyətli davranmağın vacibliyi, piyada keçidlərindən düzgün istifadə və işıqforun tələblərinə əməl etməyin əhəmiyyəti izah edilib.

Bununla yanaşı, xəbərdarlıqlara baxmayaraq, yol hərəkəti qaydalarını pozan bəzi piyadalar barəsində inzibati tənbeh tədbirləri görülüb. Polis əməkdaşları bir daha bildiriblər ki, qaydalara əməl etmək həm piyadaların, həm də sürücülərin təhlükəsizliyinin əsas təminatıdır.

DOĞRU.AZ

Избранный
8
4
dogru.az

5Источники