RU

İslandiya millisinin keçmiş baş məşqçisi: “Azərbaycanda oynamaq heç vaxt asan olmur” - MÜSAHİBƏ

2020-2023-cü illərdə futbol üzrə İslandiya millisinin baş məşqçisi olmuş Arnar Vidarsson AZƏRTAC-a müsahibə verib.

- İslandiya millisi DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan ilə qarşılaşacaq. Şansları necə qiymətləndirirsiniz?

- Düşünürəm ki, İslandiya bu oyunda bir qədər güclü tərəf kimi görsənir. Komandanın son vaxtlardakı çıxışı yaxşı təsir bağışlayır. Yığmanın strukturu və mentaliteti də möhkəmdir. İslandiya hələ də onu tanıdan nizam-intizamı, mükəmməl oyun quruluşunu və güclü iş etikasını qoruyub saxlayır. Əgər diqqətli və intizamlı oynasalar, müsbət nəticə əldə etmək şansları böyükdür.

- Bakıda keçirilən oyunlarda rəqiblər müəyyən çətinliklər yaşayır. Necə düşünürsünüz, İslandiya da bu çətinliklə qarşılaşa bilərmi?

- Tamamilə doğrudur. Azərbaycanda oynamaq heç vaxt asan olmur. Uzun səyahət, azarkeşlərin dəstəyi və stadiondakı ab-hava matçın gedişatına ciddi təsir göstərə bilər. Buna görə də, heç nə əvvəlcədən planlaşdırıldığı kimi olmur. Məncə, komandanız doğma meydanda daha intizamlı olacaq. Onlar xüsusilə də müdafiədə diqqətli olacaqlar. Tempi nəzarətdə saxlamağa və riskli səhvlərdən qaçmağa çalışacaqlar. Hücumda isə əsasən əks-hücum imkanlarını axtaracaqlar. İlk görüşdə 5:0 hesablı nəticənin təkrarlanacağını düşünmürəm. Çünki həmin vaxt oyun tamamilə fərqli şəraitdə keçmişdi. Yeni məşqçi və ev üstünlüyü Azərbaycanı yığmasını daha əzmkar oynamağa sövq edəcək.

- Bəs, sabiq komandanızın bu görüşdəki üstünlükləri nələr ola bilər?

- Səbir və hərəkətlilik. Sıx müdafiəni yarmaq asan deyil, bu səbəbdən standart vəziyyətlər həlledici ola bilər. İslandiya bu qarşılaşmaya yaxşı fokuslanmalıdır. Favorit görünsələr də, Azərbaycan millisi son nəticələrdən sonra daha aqressiv mübarizə aparacaq. Reykyavikdəki matçdan fərqli olaraq, Bakıda daha qapalı qarşılaşma izləyəcəyik.

- Maraqlıdır, hesab təxminləriniz var?

- Görüşün təxminən 1:0 və ya 2:1 hesabı ilə başa çatacağını gözləyirəm. Əgər İslandiya erkən qol vursa, oyun dəyişəcək. Amma Azərbaycan müdafiədə möhkəm qalsa, bu dəfə daha gərgin və balanslı qarşılaşma izləyəcəyik.

- Azərbaycan millisində baş məşqçi dəyişikliyi baş verib. Portuqaliyalı mütəxəssis Fernandu Santuşu Ayxan Abbasov əvəzlədi. Bu təyinat yığmaya nə dərəcə fayda verəcək?

- Yeni məşqçinin gəlişi hər şeyi dəyişir. O, komandaya yeni enerji və motivasiya gətirir. Bu təyinat futbolçular üçün yeni başlanğıc, özlərini sübut etmək imkanı deməkdir. Əlbəttə, Ayxan Abbasova müəyyən vaxt lazım olur. Oyunçuları yoxlamaq, onlar arasında seçim etmək həftələr, hətta aylar alır. Keçid dövründə qeyri-sabit nəticələr ola bilər.

İdman.Biz

Избранный
5
2
idman.biz

3Источники