RU

Bu gün ilin ən güclü geomaqnit qasırğası gözlənilir

Noyabrın 7-də Yer kürəsində 2025-ci ilin ən güclü geomaqnit qasırğası müşahidə olunacaq.

AZƏRTAC “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, bu gün son bir neçə ilin ən güclü geomaqnit qasırğalarından biri baş verəcək. Plazma axınlarının hərəkət modeli ötən ilin 11–12 may tarixlərində qeydə alınmış G5 səviyyəli (ən yüksək dərəcə) geomaqnit qasırğası zamanı müşahidə olunan vəziyyətə çox bənzəyir. Həmin vaxt Yerə eyni anda bir neçə koronal kütlə atılması (CME) hadisəsi çatmış və onlar hərəkət zamanı birləşərək rekord ölçüdə vahid struktur əmələ gətirmişdilər.

Alimlər qeyd ediblər ki, hazırkı proqnoz hələlik bu gecə baş verə biləcək ən güclü plazma atılmasını nəzərə almır və yaxın bir sutka ərzində göstəricilər daha çox güclənmə istiqamətində yenidən hesablanacaq. Hazırkı proqnoz G3–G4 səviyyəsində (güclü və çox güclü) qasırğaların olacağını göstərir, lakin gün ərzində yenidən aparılacaq hesablamalar nəticəsində bu aralığın (G3–G4) G4–G5 səviyyəsinə yüksəlməsi ehtimalı böyükdür.

“Yeganə müsbət məqam ondan ibarətdir ki, riyazi hesablamalara görə, qasırğanın əsas zərbəsi Yerin sol kənar hissəsindən keçəcək və planetə plazma buludunun yalnız periferik sahələri toxunacaq,” – deyə alimlər bildiriblər.

Избранный
2
2
yeniazerbaycan.com

3Источники