RU

Əməkdar artist "Ailələr, talelər" verilişini niyə yada saldı?

Yazını böyüt
Yazını kiçilt

Əməkdar artist Nailə İslamzadə maraqlı açıqlamalarla diqqət çəkdi.

Hafta.az xəbər verir ki, o, proqramların "Reytinq sevdası" barədə fikirlərini bölüşüb.

Tele-aparıcı illər öncə ən baxımlı olan verilişini yada salıb:

"Bu sual mənim xarakterimə zidd olan bir şeydir. Bunu heç vaxt etməmişəm, etmərəm də. Ümumiyyətlə götürəndə, o reytinq sözü əvvəllər yox idi. "Ailələr, talelər" verilişi efirə gedəndə deyirdilər ki, rayonlarda oğurluq və cinayət halları azalır. İnsanlar yığışıb televiziyaya baxırdılar. O ki qaldı, reytinq sözü nədir, onu anlamaq istəmirəm. Bu reytinqi ölçən kimdir? O cihazları haradan tapırlar, onu necə hesablayırlar? Mənim üçün ən böyük reytinq işimi yaxşı görməkdir. İnsan qarşısında səmimi olmaq və onlara faydalı bir məlumat verməkdir.

Televiziyanın üç böyük istiqaməti var: informasiya, maarifləndirmə və əyləncə. Bunların hər birindən tamaşaçı fayda götürməlidir. Əyləncə asan deyil. İnsanları ağlatmaq, güldürməkdən asandır. İnsanlar əylənirsə, maariflənirsə, doğru informasiya alırlarsa, bu, bizim ən böyük uğurumuz, reytinqimizdir. Amma kimisə qarşı-qarşıya qoyub danışdırmaq, bu, reytinq deyil".

Избранный
38
hafta.az

1Источники