RU

Hərbi Prokurorluqda Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuş tədbir keçirilib (FOTO)

Bakı.Trend:

Hərbi Prokurorluqda Silahlı Qüvvələrin müxtəlif qoşun növlərininVətən müharibəsinin iştirakçısı olmuş bir qrup hərbi qulluqçusununiştirakı ilə 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuştədbir keçirilib.

Bu barədə Trend-ə Hərbi Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, öncə Ulu öndər Heydər Əliyevin büstü önünə güldəstələri qoyulub, dahi liderin əziz xatirəsi ehtiramla yadedilib.

Daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutlayad olunub, Dövlət Himni səsləndirilib.

Tədbiri açıq elan edən Azərbaycan Respublikasının Başprokurorunun müavini - Hərbi prokuror Bəhruz Əhmədov Zəfər bayramımünasibətilə xalqımızı, o cümlədən hərbi qulluqçuları və Hərbiprokurorluğun kollektivini təbrik edib, tarixi zəfərinqazanılmasında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevinəvəzsiz rolundan, habelə döyüşlərdə hərbiçilərimizin şücaətindəndanışıb.

Vurğulanıb ki, prokurorluq orqanları, o cümlədən hərbiprokurorluq əməkdaşları həmin günlərdə təkcə hüququ və ədalətiqorumaqla kifayətlənməyib, eyni zamanda vətəndaşlıq və insanlıqborcunu layiqincə yerinə yetirib, Vətən sevgisi nümayişetdirib.

Daha sonra “Şəhidə məktub” adlı film nümayiş etdirilib.

Hərbi
Hərbi
Hərbi
Hərbi
Məqalədə:
Избранный
19
17
az.trend.az

10Источники