Olaylar.az xəbər verir ki, qadın minaaxtaran vəzifəsinə işçi qəbulunda aşağıdakı tələblər mövcuddur:
Minaaxtaran vəzifəsinə müraciət etmək istəyən şəxslər aşağıdakı meyarlara uyğun olmalıdırlar:
Azərbaycan Respublikasının vətəndaşı olan, 18-30 yaş aralığında fiziki və əqli cəhətdən sağlam şəxs (qadın);
Məsuliyyətli, nizam-intizamlı və komanda şəraitində işləməyə uyğun;
Cinayət məsuliyyətinə cəlb olunmamış, məhkumluğu olmayan;
Narkotik və psixotrop maddələrə asılılığı olmayan şəxs.
Təminat və şərtlər:
Rəqabətqabiliyyətli əməkhaqqı və səmərəli fəaliyyətə görə mükafatların verilməsi;
Gündəlik yemək, geyim (xüsusi forma) və yaşayış yeri ilə təmin edilmə;
Əməkhaqqı: 1000 AZN;
İş qrafiki: həftə içi 5 gün (08:00-17:00);
Şənbə və bazar günləri işləyənlərə həmin günlər üçün ikiqat ödəniş.
Maraqlanan xanım namizədlər aşağıdakı sənədləri [email protected] elektron poçt ünvanına və ya 051 215 08 80 WhatsApp nömrəsinə göndərməklə müraciət edə bilərlər:
Şəxsiyyət vəsiqəsinin surəti;
CV və ya bioqrafiya.
Sənədlərin qəbulu üçün son tarix: 13 noyabr 2025.