RU

Bosniya və Herseqovinada qocalar evindəki yanğında ölənlərin sayı 13-ə yüksəlib

Sarayevo, 7 noyabr, AZƏRTAC

Bosniya və Herseqovinanın Tuzla şəhərində noyabrın 4-də qocalar evində baş verən yanğın nəticəsində ölənlərin sayı 13-ə yüksəlib.

AZƏRTAC xəbər verir ki, yerli qurumlar həlak olanların 11-nin meyitlərinin aidiyyəti üzrə təhvil verildiyini, yaralıların müalicəsinin isə davam etdiyini açıqlayıb.

Faciə ilə əlaqədar xüsusi statusa malik Brçko bölgəsində matəm elan edilib.

Qocalar evində baş verən yanğında yaralananların sayı isə 38 nəfədir.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Sarayevo

Избранный
34
azertag.az

1Источники