RU

Sahil Babayev: Gəlirlərdən 3 faizlik verginin tutulması özü böyük güzəştdir

"2026-cı ildə dövlət büdcəsinin 57%-i, icmal büdcənin isə 63%-i qeyri-neft gəlirləri hesabına formalaşacaq. Bəzən bu artımı müxtəlif istiqamətə yönəldərək vergilərin artırılması ilə bağlamağa çalışırlar. Bu doğru yanaşma deyil".

Sitat.info xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, artımın birinci mənbəyi qeyri-neft ÜDM-in özünün artmasıdır:

“Gələn il qeyri-neft ÜDM-i nominal olaraq təqribən 10%, real olaraq 5% artım proqnozlaşdırılır. Vergi isə nominal rəqəmlərdən tutulur. Birinci növbədə ÜDM-in özü artdığına görə gəlirlər artır. Hər zaman verginin ÜDM-dəki payına baxılır.

Cari ildə qeyri-neft vergilərinin ÜDM-ə nisbəti 12.9 faizdirsə, gələn il bu göstərici 13.1 faiz olacaq. Cəmi 0.2 artım artımdır, ona görə ciddi vergi artımından danışmaq olmaz. Bu, yanlış bir yanaşmadı”.

Nazir vurğulayıb ki, vergi paketi təqdim olunub və onlarla müxtəlif yeni güzəşt nəzərdə tutulub.

“Yerli istehsal və kənd təsərrüfatı ilə bağlı geniş güzəştlər, Naxçıvan qeyd edildi, sadələşdirilmiş vergi limiti 200 mindən 400 minə qaldırılır, nağdsız əməliyyatlarla bağlı güzəştlər də paketin tərkibindədir.

Ən çox müzakirə olunan məsələ isə muzdlu gəlirə olan gəlir vergisi məsələsidir. Bu barədə son günlər dəfələrlə mövqeyimiz açıqlanıb. Əmək bazarının mütləq əksəriyyətini təşkil edən, yəni 2500 manata qədər gəlir əldə edənlər üçün gəlir vergisi 3% olacaq. Bunun özü çox böyük güzəştdir. Əgər bu güzəşti hökumət irəli sürməsəydi, 2026-cı ilin yanvarından həmin gəlirlərə 14% vergi tətbiq ediləcəkdi. Yəni, iqtisadiyyat üzərində vergi yükünün artdığını düşünmürük”, - deyə o qeyd edib.

Избранный
7
7
sitat.info

6Источники