RU

AYİB Türkiyədə "yaşıl" investisiyaların gerçəkləşdirilməsi üçün tikinti şirkətinə iri həcmdə kredit ayırıb

Bakı. Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Türkiyənin tikintimaterialları istehsalçısı olan və “Hacı Ömər Sabancı HoldinqA.Ş.”nin tərkibinə daxil olan “Cimsa Cimento Sanayi ve TicaretA.Ş.” (Cimsa) şirkətinə 50 milyon avroya qədər kredit ayırıb.

Trend bankaistinadən xəbər verir ki, bu vəsait şirkətin Green FinancingFramework (GFF) çərçivəsində “yaşıl” investisiyalar proqramınınmaliyyələşdirilməsinə yönəldilib.

Layihə çərçivəsində kalsium-alüminat sementinin istehsalı üzrəyeni zavodun tikintisi və Mersin şəhərindəki mövcud istehsalgüclərində karbonsuzlaşdırma tədbirlərinin həyata keçirilməsinəzərdə tutulur.

Bankın məlumatına əsasən, layihə tam şəkildə “yaşıliqtisadiyyata keçid” məqsədlərinə uyğun gəlir. Buraya enerjisəmərəliliyinin artırılması, bərpa olunan enerji mənbələrindənistifadə və sement istehsalında klinker (sement istehsalında əsasxammal-red) payının alternativ xammal hesabına azaldılmasıdaxildir.

Karbonsuzlaşdırma üzrə bu investisiya proqramı, ekoloji cəhətdəntəmiz sement növlərinin (xüsusən də kalsium-alüminat sementinin —CAC) istehsalının genişləndirilməsi, bərpa olunan enerjimənbələrinin tətbiqi, istilik səmərəliliyinin artırılması və sementtərkibində klinker payının azaldılması vasitəsilə yaşıliqtisadiyyata keçidi tam şəkildə dəstəkləyir.

Избранный
25
az.trend.az

1Источники