RU

"Sovetski"də dövlət tərəfindən qorunacaq obyektlərin təyinatı məlum olub

"Sovetski" ərazisində dövlət qeydiyyatına alınmış və bundan sonra qeydiyyata alınmasına müsbət rəy verilən abidələrin təyinatı məlum olub.

BAKU.WS report-a istinadən xəbər verir ki, ərazidə 73 tikili buna qədər dövlət mühafizəsinə götürülüb.

Ekspert Şurası və Azərbaycan Milli Elmlər Akademiyasının rəyi əsasında isə daha 33 tikiliyə tarixi-memarlıq abidə statusu verilməsi nəzərdə tutulur.

Bu 106 abidənin 96-sı fərdi yaşayış evi, 10-u isə müxtəlif təyinatlı tikililərdir. 10 tikilinin 3-ü hamam, 3-ü məscid, biri kilsə, digər 3-ü isə müxtəlif təyinatlı iaşə obyektidir.

Избранный
41
8
far.az

9Источники