RU

Ali Məclisdə Zəfərin 5-ci ildönümünə həsr olunan iclas keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Zəfərin 5-ci ildönümünə həsr olunan iclası keçirilib.

Bakıvaxtı.az-ın məlumatına görə, Ali Məclis sədrinin I müavini Bəxtiyar Məmmədov çıxışda xatırladıb ki, beş il bundan əvvəl noyabrın 8-də Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz 44 günlük Vətən müharibəsini tarixi zəfərlə başa çatdırıb.

O qeyd edib ki, Şanlı Zəfər və antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib.

İclasda Ali Məclisin deputatı Əziz Qasımov Zəfər Gününün ildönümü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Bəyanatını səsləndirdikdən sonra Bəyanat səsə qoyularaq qəbul edilib.

Bəyanatda bildirilir ki, tarixi Zəfəri şərtləndirən əsas amillərdən biri Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən milli inkişaf strategiyasıdır:

"Aparılan İqtisadi islahatlar, idarəetmənin təkmilləşdirilməsi, vətəndaş məmnunluğuna nail olunması və qanunvericilik bazasının zənginləşdirilməsi təkmil siyasi sistem və dövlət idarəçilik mexanizmi formalaşdırmış, əhali rifahı yüksəlib. Eyni zamanda sosial-iqtisadi inkişafla paralel olaraq milli ruhda sağlam gənc nəslin yetişdirilməsi başlıca istiqamət kimi götürülmüş, Silahlı Qüvvələrimizin maddi-texniki bazasının, döyüş qabiliyyətinin və peşəkarlığının davamlı artırılması güclü müdafiə potensialı yaratmış, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan xarici siyasət kursu isə ölkəmizin dünya birliyindəki mövqeyini möhkəmləndirib. Bütün bunlar xalqı milli amallar və məqsədlər naminə birləşdirmiş, Xalq-Lider birliyi təmin edilib, Azərbaycan həm döyüş meydanında, həm də siyasi-diplomatik müstəvidə böyük Qələbə qazanıb.

Sözsüz ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə reallaşan sülh prosesi və bunun məntiqi davamı olacaq Zəngəzur dəhlizi yalnız Cənubi Qafqaz üçün deyil, həm də qlobal miqyasda yeni münasibətlər sisteminin prioritetlərini müəyyənləşdirir. Zəngəzur dəhlizi iqtisadi, nəqliyyat və enerji əlaqələrinin, yeni kommunikasiya xətlərinin formalaşmasına və regionun dayanıqlı inkişafına xidmət edəcək. Bu dəhliz həmçinin "Orta dəhliz" adlandırılan beynəlxalq nəqliyyat marşrutunun əsas həlqələrindən birinə çevrilərək qitələr arasında daha qısa, təhlükəsiz və səmərəli logistika xətti formalaşdıracaq, Naxçıvanın ölkəmizin digər bölgələri ilə birbaşa quru əlaqəsinin bərpası muxtar respublikanın sosial-iqtisadi inkişafında yeni mərhələnin əsasını qoyacaq. Məhz ölkə Prezidentinin diqqət və qayğısı ilə Naxçıvan Muxtar Respublikasında həyata keçirilən genişmiqyaslı islahatlar da gələcək inkişaf perspektivlərinə hədəflənib".

İclasın davamında deputat, şəhid anası Gülşad Rüstəmova Zəfər Günündən danışıb, Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq edib.

Yekunda gündəlikdə olan digər qərar layihələri müzakirə olunaraq qəbul edilib.

Избранный
43
1
bakivaxti.az

2Источники