RU

Türkmənistan Avropa İttifaqı ilə əməkdaşlığı müzakirə edib

BAKI, 7 noyabr. TELEQRAF

Türkmənistan xarici işlər nazirinin müavini Myaxri Byaşimova Avropa İttifaqı Xarici Fəaliyyət Xidmətinin baş direktorunun Avropa və Mərkəzi Asiya üzrə müavini Audrone Perkauskiene ilə görüşüb.

Teleqraf xəbər verir ki, tərəflər Türkmənistan və Aİ arasında əməkdaşlığı və mart ayında Aşqabadda keçirilən Mərkəzi Asiya-Avropa İttifaqı nazirlərinin görüşünün nəticələrini müzakirə ediblər.

Türkmənistanın xarici siyasətinin prioriteti kimi neytrallıq siyasətinin rolu qeyd edilib. Türkmənistan-Aİ İqtisadi Əməkdaşlıq üzrə Birgə Komitəsinin qarşıdan gələn iclası ilə bağlı məsələlər də müzakirə olunub.

Türkmənistanın Aİ ilə ticari-iqtisadi əlaqələrin genişləndirilməsinə sadiqliyi bir daha təsdiqlənib. Diplomatlar təhsil, ekologiya və nəqliyyat sahələrində birgə layihələrin hazırlanmasında maraqlı olduqlarını bildiriblər.

Избранный
38
teleqraf.com

1Источники