
Dehlinin İndira Qandi Beynəlxalq Hava Limanında hava hərəkətinə nəzarət sistemində baş verən texniki nasazlıq səbəbindən 400-dən çox reys təxirə salınıb.
Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, problem uçuş məlumatlarını avtomatik izləmə sisteminə ötürən proqramdakı nasazlıqla əlaqədardır.
Hazırda məlumatlar əl ilə emal olunur ki, bu da gecikmələrə səbəb olur.
Qeyd edək ki, Dehli hava limanı ölkənin ən işlək hava limanıdır və burada gündə 1500-dən çox uçuş həyata keçirilir.
Seyranə QuliyevaMissiya.Az