İdman cəlbediciliyinin yeni kralı var və bu, nə Cud Bellinqem, nə Erlinq Haaland, nə də Karlos Alkarasdır.
Publika.az xəbər verir ki, 18 yaşlı dart fenomeni Luke Littler Britaniyada keçirilən sorğuya əsasən, Tayson Fyuridən tutmuş Taylor Sviftin sevgilisinə qədər bir çox ulduzu geridə qoyaraq “dünyanın ən seksual idmançısı” seçilib.
“IllicitEncounters” tərəfindən 2000 britaniyalı qadın arasında aparılan sorğu nəticəsində məlum olub ki, “seksuallıq təkcə qarın əzələləri və gözəl bədəndən ibarət deyil”. Qadınlar səhnədə deyil, pərəstişkarlarının qəlbində qalib gələn gənc çempionun inamını, sadəliyini və həqiqiliyini yüksək qiymətləndiriblər.
“Qadınlar mükəmməl bədənlərdən yorulublar. Onlar Luka kimi özünə güvənən əsl kişilər istəyirlər. O, mükəmməlliyin dalınca getmir, sadəcə yaşayır və qalib gəlir”, – saytın açıqlamasında deyilir.