Xətai rayonunda 8 Noyabr - Zəfər Günü münasibətilə Xətai rayon İcra Hakimiyyəti, YAP Xətai rayon təşkilatı, Xətai rayon Xətai bələdiyyəsinin təşkilatçılığı ilə qazilər və şəhid ailələri ilə görüş keçirilib.
Pravda.az xəbər verir ki, tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Zahid Oruc, Vüqar Rəhimzadə, Qüdrət Həsənquliyev, Pərvanə Vəliyeva, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, Vətən Müharibəsi Qəhrəmanları Zaur Hüseynov, Zaur Quliyev, C.Naxçıvanski adına Hərbi Liseyin müdavimləri, şəhid ailələri, qazilər iştirak ediblər.
Tədbirdə çıxış edən Xətai rayon İcra Hakimiyyəti başçısı Rafiq Quluyev Zəfər Günü münasibətilə hər kəsi təbrik edərək qeyd edib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi, böyük siyasi iradəsi, möhtəşəm diplomatik addımları ilə Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində böyük qələbə qazanması və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi müasir tariximizin ən parlaq və şanlı səhifəsidir. Torpaqlarımızın azad olunmasında fədakarlıq göstərən hər bir kəs xalqımız üçün əzizdir. Həyatları bahasına bizə qələbə sevinci yaşadan şəhidlərimiz Azərbaycanda şəhid anlayışına münasibəti tamamilə dəyişdi. Biz artıq məğlub deyilik, qalib ölkənin vətəndaşlarıyıq. Aldığımız hər nəfəsdə, atdığımız hər addımda həm bundan əvvəl verdiyimiz şəhidlərin, həm də Vətən müharibəsi şəhidlərinin və qazilərinin haqqı var. Nə etsək də, borclarından çıxa bilməyəcəyik, lakin heç vaxt unutmayacağıq.
Digər çıxış edənlər bildiriblər ki, Böyük Zəfər Ulu Öndər Heydər Əliyev siyasətinin, onun ölməz ideyalarının təntənəsi və Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin parlaq təcəssümüdür. Bu gün işğaldan azad olunmuş bütün ərazilərdə Prezidentin şəxsi nəzarəti altında böyük miqyasda quruculuq və yenidənqurma işləri aparılır, “Böyük Qayıdışa dair Dövlət Proqramı” uğurla icra olunur. Qarabağ ölkəmizin ideoloji-siyasi mərkəzinə, beynəlxalq tədbirlərin və görüşlərin keçirildiyi məkana çevrilib.
Tədbirdə dövlət tərəfindən şəhid ailələri, müharibə əlilləri və hərbi qulluqçulara göstərilən diqqət və qayğıdan danışılıb, buna görə ölkə rəhbərinə təşəkkürlər ünvanlanıb.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта