RU

Vaqif Səmədoğlunun poeması əsasında animasiya filmi çəkilib

Azərbaycan Animasiya Assosiasiyası “Bum-Bum” adlı animasiya filminin istehsalını yekunlaşdırıb.

Kulis.az xəbər verir ki, Vaqif Səmədoğlunun uşaqlar üçün yazdığı eyniadlı poemasının motivləri əsasında çəkilən qısametrajlı film yaxın zamanda balaca tamaşaçılara təqdim olunacaq.

Qeyd edək ki, Azərbaycan Animasiya Assosiasiyası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə böyük qrant müsabiqəsinin qalibi olub.

Избранный
5
1
kulis.az

2Источники