“Çelsi”nin müdafiəçisi Mark Kukurelya İspaniyaya qayıda bilər.
İdmanxeber.az-ın məlumatına görə, “Atletiko” 27 yaşlı futbolçunu mövsümün sonunda transfer etməyi planlaşdırır və “Çelsi” ilə danışıqlara başlayacaq.
Kukurelya 2022-ci ildə “Brayton”dan 65 milyon avroya transfer olunub, hazırkı müqaviləsi isə 2028-ci ilə qədərdir.