RU

“Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi” konfransında ilk panel sessiya keçirilib - FOTO

“Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi” konfransı

“Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi” mövzusunda konfrans keçirilir.

Aznews.az xəbər verir ki, konfrans “Televiziya və radio məkanında Azərbaycan ədəbi dilinin normalarına əməl olunması vəziyyəti və nitq mədəniyyəti” mövzusunda birinci panel sessiya ilə başlayıb.

Panel “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini Rafiq Həşimovun moderatorluğu ilə keçirilib.

Gülşən Əkbərova: "Aparıcıların və çıxış edən qonaqların nitqində normalara bəzən kifayət qədər diqqət yetirilmir"

Azərbaycan Televiziyasının veteran diktoru, jurnalist Gülşən Əkbərova televiziya mütəxəssisi kimi müxtəlif kanalları daim izlədiyini vurğulayıb: “Təbii ki, efirdə müəyyən qüsurlar da müşahidə olunur. Aparıcıların və çıxış edən qonaqların nitqində heca vurğusuna, fonetik, leksik və qrammatik normalara bəzən kifayət qədər diqqət yetirilmir”.

Səadət Məmmədova: "Dil pozuntuları da məhz dilə sevgisizliyin fonunda yaranır"

Избранный
23
3
aznews.az

4Источники