Biz tankların, topların qarşısına əliyalın çıxan xalqın övladlarıyıq. Bizim üçün Vətən anlayışı təkcə xəritədəki məkan deyil, milli kimlikdir, azadlıq eşqidir. Vətən uğrunda can vermək bizim üçün fədakarlıq yox, şərəf məsələsidir. Tariximiz qürurla, qəhrəmanlıqla doludur, amma 8 Noyabr Zəfəri şərəfli tariximizin zirvəsidir. 8 Noyabrda biz təkcə torpaqlarımıza sahib çıxmadıq, həm də işğal altındakı ruhumuzu azad etdik. Biz bu qalibiyyəti ona görə qazandıq ki, Azərbaycan tam heyəti ilə Baş Sərkərdənin rəhbərliyi altında döyüşürdü. Prezident İlham Əliyev təkcə savaş meydanında yox, diplomatiya masasında, informasiya cəbhəsində də yenilməz döyüşçü və qələbənin simvolu kimi öndə idi. Prezident İlham Əliyev ikili oyunlara, kağız üzərində mövcud olan "həqiqətlərə" əsaslanan çoxqütblü dünya ilə mübarizədən qələbə ilə çıxaraq 2 əsrlik tariximizdə nadir bir ilkə imza atdı və ölkəmizin düşmənlərini heyrətə gətirdi. Ölkə başçısı nankor işğalçı ölkəni sadəcə məğlub etmədi, onu rəzil bir təslimçilik aktına imza atmağa məcbur etdi. Tariximizdə belə qürurlu və cəsarətli nümunə yalnız İlham Əliyevin rəhbərliyi altında mümkün oldu".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31