RU

"Şamaxı" hesabı açdı - Yenilənir

style='margin-bottom:10px;'>

Bu gün Misli Premyer Liqasında 11-ci tur start götürüb.

QOL.az xəbər verir ki, bu tur Vətən Müharibəsindəki qələbəmizin 5-ci ildönümünə görə "Zəfər turu" adlandırılıb. Bütün oyunlar isə rəmzi olaraq hər saatın 44-cü dəqiqəsində başlanacaq.

"Zəfər turu"nun ilk oyun gününə 2 matç nəzərdə tutulub.

8-ci yerdəki "İmişli" 9-cu pillədəki "Şamaxı"nın qonağıdır. 

Digər matçda 5-ci sıradakı "Sumqayıt" səfərdə 10-cu yerdəki "Qəbələ" ilə qarşılaşacaq. Bu oyun isə saat 16:44-də start götürəcək.

Turun digər görüşləri 8 və 9 noyabr tarixlərində keçiriləcək.

7 noyabr (cümə)

13:44. “Şamaxı” – “İmişli” - 1:0 (İkinci hissə)

Qol: Karim Rossi, 78
Hakimlər: Rauf Cabarov, Teymur Teymurov, Tərlan Talıbzadə, Vüqar Həsənli 
VAR: Rəvan Həmzəzadə
AVAR: Cəmil Quliyev
Şamaxı şəhər stadionu

16:44. “Qəbələ” – “Sumqayıt”
Hakimlər: 
Rəşad Əhmədov, Namiq Hüseynov, Eyyub İbrahimov, Kamranbəy Rəhimov
VAR: Cavid Cəlilov
AVAR: Kamran Bayramov
Qəbələ şəhər stadionu

8 noyabr (şənbə)

15:44. “Araz-Naxçıvan” – “Karvan-Yevlax”

18:44. “Zirə” – “Turan Tovuz”

9 noyabr (bazar)

15:44. “Kəpəz” – “Sabah”

18:44. “Qarabağ” – “Neftçi”

Bombardirlər: 

Ba-Muaka Simakala ("Araz-Naxçıvan") - 6 qol

Coy-Lens Mikels ("Sabah") - 5 qol

Bassala Sambu ("Neftçi") - 4 qol

Избранный
3
12
teleqraf.com

10Источники