Missiya.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Budapeşt və Vaşinqton nüvə enerjisi sahəsində əməkdaşlıq sazişi bağlayacaqlar.
Missiya.Az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto məlumat verib.
“Biz həmkarım, ABŞ dövlət katibi Marko Rubio ilə nüvə enerjisi sahəsində əməkdaşlığa dair mühüm hökumətlərarası saziş imzalayacağıq. Macarıstan enerji sənayesi tarixində ilk dəfə olaraq Amerikadan nüvə yanacağını alacaq. Saziş Amerika texnologiyalarının tətbiqini və kiçik modul reaktorların tikintisini də nəzərdə tutur”, - deyə nazir bildirib.
Sazişin noyabrın 7-də Macarıstanın Baş naziri Viktor Orbanla ABŞ Prezidenti Donald Tramp arasında keçiriləcək görüşü zamanı imzalanacağı gözlənilir.
İlahə Qənbərli
Missiya.Az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.