ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Naxçıvan, 7 noyabr, AZƏRTAC
Noyabrın 7-də Naxçıvanda “Konstitusiya və Suverenlik İli” və Zəfər Günü münasibətilə Naxçıvan-Çalxanqala avtomobil yolunun kənarında ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli aksiyada iştirak edib.
Naxçıvan Muxtar Respublikasının Ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev “Konstitusiya və Suverenlik İli”ndə icra olunan və icrası davam etdiriləcək ekoloji tədbirlər barədə məlumat verib. Bildirib ki, 2025-ci ilin yaz və payız əkini mövsümündə ümumilikdə 408 hektardan artıq sahədə yaşıllaşdırma tədbirlərinin görülməsi nəzərdə tutulub. Yaz əkini mövsümündə 229 hektar ərazidə meşəsalma və meşəbərpa işləri icra olunub. Bu da illik ümumi yaşıllaşdırma tədbirlərinin 56,1 faizini təşkil edir. Payız əkini mövsümündə isə daha 179,2 hektar ərazidə ağacəkmə aksiyaları həyata keçiriləcəkdir.
Sonra Naxçıvan-Çalxanqala avtomobil yolunun kənarındakı 3 hektarlıq ərazidə yeni tut bağı salınıb. Əraziyə 1800 tut tingi əkilib və suvarılıb. Dövlət və hökumət rəsmiləri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və ekologiya könüllüləri aksiyada fəal iştirak ediblər.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.